TASS agentliyinin İrandakı mənbəyə istinadən verdiyi məlumata görə, Pakistanda keçirilməsi planlaşdırılan Yaxın Şərq sülh danışıqları İsrail Livana hücumlarını dayandırana qədər başlamayacaq.
Mənbə bildirib ki, İslam Respublikasının nümayəndə heyəti hələ Pakistan paytaxtına gəlməyib.
Mənbə vurğulayıb ki, “İsrail Livana hücumlarını davam etdirərsə, danışıqlar mümkün deyil”.
7 apreldə ABŞ İranla iki həftəlik atəşkəs elan etdi. Vaşinqton Tehrandan münaqişənin həlli üçün 10 maddəlik plan alıb və onun üzərində işləməyə davam etmək istədiyini bildirib. İslam Respublikası da öz növbəsində Hörmüz boğazının açılmasına razılıq verib.















