Avqustun 2-də yeni seçilmiş prezident Məsud Pezeşkianın fərmanı ilə strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin edilmiş İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa vermək niyyətində olduğunu açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Diplomatın mümkün postunu tərk etməsinə səbəb yeni hökumətin tərkibi ilə bağlı fikir ayrılıqları ola bilər. Təklif edilən 19 namizəd arasından yalnız biri qadın olub.
“Mən öz işimin nəticəsindən narazıyam və utanıram ki, söz verdiyim şəkildə qadınların, gənclərin və etnik azlıqların iştirakı ilə bağlı seçilmiş komitələrin fikirlərini adekvat [cəlb edə] bilmədim… Digər səbəblərlə yanaşı, mənim üçün universitetdə [müəllim] yolu davam etdirmək imkanı açıldı”, – deyə Zərif bildirib.
Mənbə: RİA Novosti