İranın xarici işlər naziri ABŞ ilə razılaşma üçün vacib şərt adlandırıbbackend

İran və ABŞ arasında davamlı bir razılaşma üçün bərabər mövqelər və qarşılıqlı hörmət vacibdir. İranın xarici işlər naziri Abbas Əraqçi bunu Omanda ABŞ ilə danışıqlardan əvvəl sosial mediada bildirib.

Onun sözlərinə görə, Tehran diplomatiyaya açıq gözlərlə yanaşır və 2025-ci il hadisələrini ciddi şəkildə nəzərə alır.

“Öhdəliklərə əməl edilməlidir. Bərabər mövqelər, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar ritorika deyil; onlar zərurətdir və davamlı bir razılaşmanın sütunlarıdır”, – deyə o yazıb.