İraqın İslami Müqavimətinə aid silahlı şiə milislər İsrailin cənubundakı hədəflərə hücum edib.
Bu barədə TASS hərəkatın bəyanatına istinadən xəbər verir.
“İraq İslami Müqavimətinin döyüşçüləri bu gün, 18 noyabr 2024-cü il bazar ertəsi, Eylat bölgəsindəki həyati hədəfə hücum etmək üçün İHA-dan istifadə ediblər”, – bəyanatda deyilir.
Hərəkat nümayəndələri hədəflərin məhv edilməsi əməliyyatlarının “artan templə davam edəcəyini” vurğulayıblar.