İraq hakimiyyəti İsveçdən Müsəlmanların Müqəddəs Kitabının İsveçdə açıq şəkildə yandırılmasını törədən immiqrantı ekstradisiya etməyi tələb edir.
Bunu TASS-a İraq Xarici İşlər Nazirliyinin nümayəndəsi Əhməd əs-Səhhaf deyib.
“Qurani-Kərimi təhqir edən şəxs İraq vətəndaşıdır. Buna görə də İsveçdən onun İraq qanunlarına uyğun olaraq mühakimə oluna bilməsi üçün onu İraq hökumətinə təhvil verməsini tələb edirik”, – deyə agentlik əs-Sahafdan sitat gətirib.
Aksiya iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. Yerli polis aksiyaya icazə verib, 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir Qurandan səhifələri qoparıb yandırıb. Qeyd edək ki, bu gün dünya müsəlmanları İslamda əsas dini bayramlardan birini qeyd ediblər.
Bu hadisə müsəlman dünyasının ciddi qəzəbinə və hiddətinə səbəb olub.
Mənbə: TASS