İraq Türkiyənin Ceyhan limanına neft nəqlinə başlayacağını bildiribbackend

İraq İraq Kürdüstanındakı Kərkükü Türkiyənin Ceyhan limanı ilə birləşdirən boru kəməri ilə neft ixracını bərpa edəcək. Bu barədə İraqın neft naziri Hayyan Əbdül Qani məlumat verib.

Nazir qeyd edib ki, Ceyhana neft daşınması 18 mart çərşənbə günü bərpa olunacaq.

Əbdül Qani bildirib ki, “Ceyhan limanına neft daşınması çərşənbə günü saat 10:00-da başlayacaq”.