Dünya karatesinin “Brilyant oğlanı” adlandırılan Rafael Ağayev 12-ci dəfə Avropa çempionu ola bilməyib.
İctimai.az xəbər verir ki, idmançımız iki il əvvəl Minskdəki II Avropa Oyunlarının finalında uduzduğu Stanislav Qorunaya yenə uduzub.
O, 1:0 öndə olduğu görüşdə başdan aldığı ippon fəndlə 1:3 hesabı ilə uduzub.
Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklərin 56-cı Avropa çempionatında mükafatlar uğrunda fərdi döyüşlər başlanıb.
Final görüşlərində İrina Zaretskaya (-68 kq) Vasiliki Panetsiduya (Yunanıstan) 3:0 qalib gələrək ilk dəfə individual şəkildə Avropanın ən güclüsü olub.
Pənah Abdullayev Uğur Aktaşa uduzaraq gümüş medalla kifayətlənib.
Asiman Qurbanlı Kosovodan olan rəqibinə 0:1, İlahə Qasımova isə Belarusdan olan karateçiyə 3:5 uduzaraq medalsız qalıb.