Babr Mash Telegram kanalının məlumatına görə, İrkutsk hava limanına enən zaman təyyarənin şassisi qırılıb.
“Nijneanqarskdan gələn təyyarənin İrkutsk hava limanına eniş zamanı şassisi qırılıb. Ekipaj uçuş-enmə zolağına daxil olarkən sol pnevmatik partladığını bildirib”, – məlumatda deyilir.
Qeyd olunur ki, hadisə zamanı təyyarənin göyərtəsində 47 sərnişin olub, onlardan heç biri xəsarət almayıb.
Mənbə: A Haber













