İrlandiyanın Baş naziri Leo Varadkar bu il prankerlərlə danışdığını təsdiqləyib. Bu barədə “Business Post” məlumat yayıb.
“Bu ilin əvvəlində Baş nazir Afrika İttifaqının nümayəndəsi ilə əlaqə saxladığına inanaraq virtual görüşdə iştirak etdi. Lakin baş nazir söhbətin mahiyyəti və tonu ilə bağlı şübhələrə görə söhbəti erkən bitirdi”, – nəşr Varadkarın sözçüsündən sitat gətirir.
Nəşr qeyd edir ki, onlayn yayımlanan material guya “saxtalaşdırılıb” və “söhbətin real gedişatını əks etdirmir”.
Mənbə: Business Post

