İrlandiya qrupu terroru dəstəkləməkdə ittiham olunurbackend

Macarıstan HƏMAS və Hizbullahı dəstəklədiyi üçün irlandiyalı Kneecap qrupunun ölkəyə girişini qadağan edib.

Bu barədə ölkənin Avropa məsələləri üzrə naziri Yanoş Boka öz Facebook səhifəsində məlumat verib.

Qrup üzvlərinin Macarıstana səfəri üç il müddətinə qadağan ediləcək, çünki onların bəyanatları terrorizmi dəstəklədiyi hesab olunur.

“Kneecap qrupunun üzvləri ardıcıl olaraq nifrət doğuran, terrorizmi və terrorçuları dəstəkləyən antisemit bəyanatlar verirlər. Bu qrupun Macarıstanda geniş auditoriya qarşısında çıxışı ölkənin milli təhlükəsizlik maraqlarını pozar!” Boka vurğulayıb.