İsakova yadplanetlilər haqqında serialda rol alırbackend

Məşhur rus aktrisası Viktoriya İsakovanın əsas rollardan birini ifa etdiyi “Radar” fantastik serialının çəkilişlərinə başlanılıb. Bu barədə Kino Mail.ru yazır.

Filmdə hadisələr 1988-ci ildə baş verir. Altıncı sinifdə oxuyan üç yaxın dost onların şəhərinin yaxınlığında qeyri-adi bir obyektin, ehtimal ki, meteorit düşdüyünü öyrənir. Uşaqlar onu axtarmağa gedirlər, lakin onlardan biri itkin düşür. Polis orada baş verən müəmmalı hadisələrə diqqət çəkərək meşədə axtarışa başlayır.

Tezliklə dostlar şəhər sakinlərinin çoxunun qəribə davranmağa başladığını görürlər. Əsas personajlar yaxınlıqda olan həqiqəti üzə çıxarmalı və meteoritin sirrini həll etməli olacaqlar.

Mənbə: Mail.ru