İşə qəbul zamanı psixoloji vəziyyətiniz yoxlana bilər? – Ekspertdən ŞOK CAVABbackend

Dünya təcrübəsində işəgötürənlərin tələb etdiyi CV-dən əlavə, ən önəmli amillərdən biri də işçinin psixoloji portretidir. Bunun nə dərəcədə effektli olması isə iş yerində psixoloji portreti doğru müəyyən edə bilən psixoloqun mövcud olub olmamasından asılıdır. Əgər iş yerində mövzunu bilən psixoloq varsa, müsahibə zamanı müxtəlif psixodiaqnostik testlərlərlə müraciətçinin psixo-portretini hazırlayır.

“İşçinin psixoloji portretini bilməklə işəgötürən şəxslərdə müraciətçinin hansı sahədə özünü doğruldacağı ilə bağlı fikirlər müəyyənləşir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Rövşən Nəcəfov söyləyib.

Ekspert bildirib ki, əgər işə götürmək istədiyimiz şəxsin hər hansı bir psixoloji pozğunluğu varsa, bunu biz onu işə götürərkən sezə bilmərik:

“Lakin onun psixoloji portreti hazırlanan zaman müəyyən edə bilərik. Bu da gələcək iş həyatında münaqişələrin yaranmasının qarşısını alacaq. Bəzən baş verən hadisələrə münasibətlərimizdə adekvat olmuruq. Buna səbəb psixoloji uyğunsuzluqdur. İstər şəxsi həyatda, istərsə də iş həyatında psixoloji uyğunluq olmalıdır. Bütün münaqiəşələrin səbəbi eynidir, psixoloji uyğunsuzluq və uyğunsuzluqların formalaşdırdığı mühit”.

Ekspert qeyd edib ki, Qərb ölkələrinin ən məşhur şirkətləri bu məsələni adi prosedur qaydasına gətirib:

“Yəni, biz tanımadığımız insanlar haqqında fikir deyə bilmərik, həm də tanımadığımız insanlara istiqamət verə bilmərik. Ona görə də bu iş adi prosedur olmalıdır ki, sonradan bəzi qanqaraldıcı məqamlardan sığortalanasan”.

Rövşən Nəcəfov onu da vurğulayıb ki, əsəb dispanserindən götürülən arayışla psixo-test arasında fərq də burdadır:

“Heç kim kiminsə psixi sağlamlığını şübhə altına almır. Sadəcə, hamımızın həyat tkıntıları və vərdişləri var ki, ümumi işə uyğun olmaya bilər. Ona görə də kollektivlə uyuşma, işə faydalı olmaq baxımından belə testlərin olmasına ehtiyac var”.

Leyla Şah, Bizim.Media