İşğaldan azad edilən əraziyə ezam olunan iki polis ehtiyatsız davranış səbəbindən həyatını itirdibackend

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan bir atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.