İşlənmiş Rolex saatları ucuzlaşıbbackend

Bloomberg Britaniyanın Subdial saat ticarət platformasının mesajına istinadən yazır ki, 2024-cü ilin sonunda işlənmiş Rolex, Patek Philippe və Audemars Piguet saatlarının ən populyar modellərinin qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Agentliyin məlumatına görə, 2024-cü ildə Rolex modellərinin qiyməti təxminən 5%, Patek – 4%, Audemars Piguet qiymətləri isə 7,5% ucuzlaşıb. Ən çox satılan 50 modelin qiymətlərini izləyən Bloomberg Subdial Watch İndeksi üç il ərzində təxminən 6% azalıb.

Dəyərin azalması iqtisadi artımın yavaşlaması və faiz dərəcələrinin artması ilə əlaqələndirilib. Agentliyin qeyd etdiyi kimi, bu saatların qiymətlərində eniş 2022-ci ildən başlayıb.