İspaniya Çini Zelenskini dəstəkləməyə inandırmaq niyyətindədirbackend

İspaniyanın baş naziri Pedro Sançes Çinə işgüzar səfəri zamanı Çin prezidenti Si Cinpini Ukrayna ilə bağlı sülh planına prezident Vladimir Zelenskiyə dəstəyi də daxil etməyə inandırmağa ümid edir.

Bu barədə “Pais” qəzeti məlumat yayıb. Sançes Pekinə martın 30-da gəlib.

“Pedro Sançes əmin görünür ki, bu cümə günü Si Cinpinlə keçirəcəyi görüş onu əsas elementə – Ukrayna üçün irəliləyəcək istənilən sülh planına Zelenski və ukraynalıların açıq dəstəyini daxil etməli olduğuna inandırmaq üçün mükəmməl fürsətdir, əks halda faydasız olacaq”, – məqalənin müəllifi Gilyermo Abril yazır.

Mənbə: Haberler.com

İctimai.az