Mundo Deportivo xəbər verir ki, RCD Espanyol-un idman direktoru Fran Qarqas infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Qarqas Barselonadakı Sant Pau xəstəxanasının reanimasiya şöbəsindədir. Klub rəsmiləri tibbi yardımdan sonra onun vəziyyətinin ağır, lakin stabil olaraq qaldığını təsdiqləyiblər.
RCD Espanyol bu mövsüm İspaniya liqasında 11 matçdan 18 xalla altıncı yerdədir. Klub noyabrın 8-də “Vilyarreal”ı qəbul edəcək.












