İspaniya Qoyanın rəsmlərini milli mülk kimi tanıyıbbackend

RİA Novosti xəbər verir ki, İspaniya məhkəməsi məşhur ispan rəssamı Fransisko Qoyanın iki kral portretinin Altadis tütün şirkətinə deyil, dövlətə məxsus olduğuna qərar verib.

Bəyanatda deyilir: “İspaniya Ali Məhkəməsinin Birinci Palatası Altadis S.A.-nın prosedur pozuntuları ilə bağlı apellyasiya və şikayətini rədd edərək, Təhsil, Mədəniyyət və İdman Nazirliyi ilə iki Qoya rəsminin mülkiyyəti ilə bağlı mübahisəni həll edib”.