İspaniya Yaxın Şərqdə artan münaqişə səbəbindən mart ayında bağlanan İrandakı səfirliyini yenidən açacaq.
TASS-ın məlumatına görə, bu barədə xarici işlər naziri Xose Manuel Albarez bildirib.
Xarici işlər naziri bildirib ki, “Tehrandakı səfirimizə geri qayıtmağı, diplomatik missiyaya rəhbərliyi bərpa etməyi və Tehrandakı İspaniya səfirliyini yenidən açmağı tapşırmışam”.
Bundan əvvəl İran ABŞ-ın sülh planının üç bəndini pozduğunu bildirmişdi. Bunlara Livana hücumlar, İran hava məkanını pilotsuz təyyarələrin pozması və İslam Respublikasının uranı zənginləşdirmək hüququnun rədd edilməsi daxildir.















