Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya və Əlcəzair arasında beynəlxalq sularda batıb.
Bu barədə İspaniyanın “Espanol” nəşri məlumat yayıb.
“Rusiyaya məxsus “Ursa Major” ticarət gəmisi bu bazar ertəsi Aguilas və Əlcəzairin Oran şəhəri arasında beynəlxalq sularda batıb.”, – məlumatda deyilir.
Nəşrin məlumatına görə, bu, gəminin mühərrik otağında baş verən partlayışdan sonra baş verib. 14 ekipaj üzvü xilas edilərək Kartagena limanına aparılıb, ikisi itkin düşüb.
Eyni ərazidə fəaliyyət göstərən bir neçə gəmi xilasetmə işlərində iştirak edib, daha sonra Clara Campoamor və Serviola Hərbi Dəniz Qüvvələrinin patrul kateri dəniz xilasetmə xidmətinə qoşulub.