İspaniyada avtomobil çadıra çırpılıb, 12 nəfər xəsarət alıbbackend

İspaniyada avtomobil musiqi festivalında insanların olduğu çadıra çırpılıb.

Bu barədə RİA Novosti Vanguardia nəşrinə istinadən xəbər verir.

“Maşın festivalın keçirildiyi əraziyə daxil olub və musiqili tamaşanın ortasında çadırlardan birinə çırpılıb. Zərərçəkənlər arasında uşaq da var”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 12 nəfər xəsarət alıb, onların vəziyyəti ağır olaraq xəstəxanaya çatdırılıb.