İspaniyada aylıq 60 avroluq ictimai nəqliyyat bileti tətbiq ediləcəkbackend

İspaniyanın Sosialist hökuməti vətəndaşlara aylıq sabit 60 avro ödəməklə ölkə daxilində avtobus və ya qatarla səyahət etməyə imkan verən vahid ictimai nəqliyyat biletini tətbiq etməyi planlaşdırır, The Guardian xəbər verir.

Baş nazir Pedro Sançez təşəbbüsü bazar ertəsi elan edərək, yanvarın ikinci yarısında qüvvəyə mindiyini elan etdi. Onun sözlərinə görə, yeniliyin məqsədi “ispanların ictimai nəqliyyatdan istifadəyə münasibətini və yanaşmasını kökündən dəyişdirməkdir”.

Qiyməti hələ açıqlanmayan yeni bilet həllinin elanı, Sançesin azlıq koalisiya hökumətinin baş nazirin yaxın ətrafı, İspaniya Sosialist İşçi Partiyası (PSOE) və hökumət strukturları ilə əlaqəli bir sıra korrupsiya qalmaqalları və cinsi təcavüz iddialarının təzyiqi altında olduğu bir vaxta təsadüf edir.