RTVE xəbər verir ki, İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Kanalın məlumatına görə, təxminən 100 nəfər yaralanıb, onlardan 25-i ağır xəsarət alıb.
Bu fonda İspaniyanın Nəqliyyat və Davamlı Mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, son ölənlərin sayı hələ müəyyən edilə bilməz. Hadisə səbəbindən İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.
Nəqliyyat Nazirliyindəki mənbələr bildirib ki, ölənlər arasında Renfe qatarının maşinisti də var.















