İspaniyada Mango qurucusunun oğlu atasını öldürməkdə şübhəli bilinirbackend

Pais mənbələrə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrında uçurumdan yıxılaraq vəfat edən İspaniyanın “Mango” geyim şəbəkəsinin qurucusu İsak Andiçin oğlu Conatan Andiç atasının qətlində şübhəli bilinir.

Nəşr qeyd edir ki, Andiçin ölümü ilə bağlı iş bağlanıb, lakin mart ayında istintaqın yenidən başlanmasına dair göstəriş verilib. Bu, öldüyü gün oğlu Conatanın müşayiəti ilə gəzintiyə çıxan sahibkarın ölüm şəraitini aydınlaşdırmaq üçün qərara alınıb.

Nəşr vurğulayır ki, istintaq Barselonanın Martorell məhkəməsi tərəfindən ciddi məxfilik şəraitində aparılır. Hazırda Conatan Andiçə qarşı qəti sübut yoxdur, lakin polis onun ziddiyyətli ifadələrinə şübhə ilə yanaşır.