İspaniyada “Ölməz alay” aksiyası keçirilibbackend

İspaniyanın paytaxtı Madriddə 9-cu dəfə keçirilən “Ölməz alay” yürüşündə yüzlərlə vətəndaş iştirak edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Hər il bu tədbirdə iştirak etməyə çalışıram. İki babamın xatirəsini ehtiramla yad etmək mənim üçün çox vacibdir”, – deyə aksiyanın iştirakçısı İrina Krasnova öz fikrini bölüşüb.

Agentlikdən verilən məlumata görə, təntənəli yürüş paytaxtın tarixi simvolu olan Atoça dəmir yolu stansiyasından başlayıb. Nümayişçilər Böyük Vətən Müharibəsində iştirak etmiş yaxınlarının portretlərini gətirdilər.

“Bütün marşrut boyu heç bir insident və ya ictimai asayişin pozulması qeydə alınmayıb”, – nəşrdə qeyd edilir.