İspaniyada süni intellektdən istifadə edərək fotolarda sinif yoldaşlarını soyunduran məktəbli həbs edilibbackend

İspaniyada yeniyetmə süni intellektdən istifadə edərək fotolarda sinif yoldaşlarını soyundurduğu üçün həbs edilib, Daily Mail yazır.

Mediada yayılan xəbərlərə görə, Valensiyadakı məktəbdə oxuyan 17 yaşlı şagird sinif yoldaşlarının çılpaq şəkillərini yaratmaq üçün süni intellektdən istifadə etdiyi üçün istintaq altındadır. Müstəntiqlərin fikrincə, yeniyetmə bu materialları internetdə də yayıb sata bilərdi.

İstintaq 16 yetkinlik yaşına çatmayan qızın süni intellektdən istifadə etməklə yaradılan və onların təsvir olunduğu iddia edilən seksual şəkillərin sosial şəbəkələrdə qanunsuz yayılması hallarını bildirməsindən sonra başlayıb. Polisə ilk şikayət 2024-cü ilin dekabrında daxil olub. Zərərçəkmiş bildirib ki, sosial şəbəkədə onun adına hesab yaradılıb və həmin hesabda süni intellektin yaratdığı, məktəbli qızın “kompromat vəziyyətdə” olduğunu göstərən video və fotolar yerləşdirilib.