İspaniyalı qadınlar Avropa çempionatının finalına yüksəlibbackend

İspaniyanın qadınlardan ibarət yığması İsveçrədə keçirilən Avropa çempionatında finala yüksəlib.

Yarımfinal matçında İspaniya yığması Almaniya millisindən güclü olub. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb.

İkinci əlavə vaxtın sonunda, 113-cü dəqiqədə həlledici qolu “Qızıl top”un ikiqat qalibi Aitana Bonmati vurub.