“The Guardian” yazır ki, İspaniyanın baş naziri Pedro Sançes (şəkildə) Avropanın Ukrayna və Qəzza münaqişələri ilə bağlı ikili standartları onun dünya miqyasında etibarını sarsıda bilər.
O vurğulayıb ki, Ukrayna və Fələstin münaqişələrinin kökləri tamamilə fərqlidir, lakin son nəticədə dünya Avropa İttifaqına və bütövlükdə Qərbə baxır və Ukrayna və Qəzzaya gəldikdə Qərb liderlərinin niyə ikili standartlara sahib olduqlarını soruşur.
Sançes Aİ-nin İsrailin hərəkətlərinə reaksiyasını 21-ci əsrdə beynəlxalq münasibətlərin ən qaranlıq səhifələrindən biri adlandırıb. Onun sözlərinə görə, Aİ indiyədək İsraillə strateji tərəfdaşlığın dayandırılmasının tərəfdarı olub.