İspaniyanın baş naziri Sançes Fələstinə 4 milyon avrodan çox vəsaitin ayrıldığını açıqlayıbbackend

İspaniya Fələstinə dörd milyon avrodan çox vəsait ayırmaq niyyətindədir. RİA Novosti bu barədə hökumət başçısı vəzifəsini icra edən Pedro Sançesin X sosial şəbəkəsində yerləşdirdiyi çıxışın videosuna istinadən xəbər verir.

Sançesin sözlərinə görə, İspaniya bu ilin sonuna qədər Fələstinə dörd milyon avrodan çox vəsait verəcək.

Daha əvvəl bildirilmişdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada xəstəxanaya edilən hücumu beynəlxalq hüquqa zidd olaraq pisləyib. Onun sözlərinə görə, xəstəxanaya edilən hücumdan dəhşətə gəlib.

Mənbə: A Haber