İsrail həkimləri məhkəmə islahatlarına etiraz olaraq işini dayandıracaqlarbackend

İsrail həkimlər həmkarlar ittifaqı məhkəmə islahatlarına etiraz olaraq, çərşənbə axşamı, martın 28-dən ölkənin səhiyyə sisteminin fəaliyyətini dayandırdığını elan edib.

Bu barədə “Haaretz” məlumat yayıb.

Materiala görə, səhiyyə işçilərinin işinin bərpası hakimiyyət orqanlarının məhkəmə islahatlarına yenidən baxılması barədə qərar qəbul etdikdən sonra baş verəcək.

İsrail Ümumi Həmkarlar İttifaqları Federasiyasının rəhbəri Arnon Bar-David açıqlamasında “Baş nazirə çox gec olmadan qanunu dayandırmağa çağırıram” dedi.

Mənbə: Haberturk

İctimai.az