İsrail HƏMAS ilə danışıqların beşinci raundunun necə başa çatdığını açıqladıbackend

İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin həlli üzrə dolayı danışıqların beşinci raundu heç bir ciddi nəticə verməyib.

Bu barədə “The Times of Israel” fələstinli mənbəyə istinadən məlumat yayıb.

“İsrail və HƏMAS arasında atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair potensial razılaşmaya dair Qətərdə yaxınlıq danışıqlarının beşinci raundu əhəmiyyətli irəliləyiş olmadan başa çatıb”, – məlumatda deyilir.

Fələstin rəsmisi qeyd edib ki, danışıqlar “dalana dirənib” və İsrail nümayəndə heyəti “dinləməklə məşğuldur” və hər məsələdə İsraildəki səlahiyyətlilərlə məsləhətləşmələr aparır. Bu onu göstərir ki, yəhudi dövlətinin nümayəndələrinin qərar qəbul etmək səlahiyyəti yoxdur, deyə mənbə bildirib.