İsrail Hərbi Hava Qüvvələri Dəməşq ətrafına zərbələr endiribbackend

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Dəməşq yaxınlığındakı yer hədəflərinə zərbələr endirib, Sham TV xəbər verir.

Telekanalın məlumatına görə, zərbələr şəhərin cənub-qərbindəki Masaken əl-Sabbura məhəlləsi yaxınlığındakı hərbi mövqelərə endirilib. Hücumun nəticələri ilə bağlı heç bir məlumat verilməyib.

Oktyabrın 2-də İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşqin qərb və cənub ətraflarına hücum edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr qonşu Livanın hava məkanından yer hədəflərinə raket zərbələri endirib. Ən azı səkkiz hücum Kisvah ətrafında olub.