İsrail aviasiyası Suriyanın paytaxtı Dəməşqin ətrafına hücum həyata keçirib, ölkənin dövlət mediası xəbər verir.
Əl-İxbariyyə telekanalının məlumatına görə, İsrail Dəməşqin ətrafına hücum edib. Bu ərazilərdə partlayış səsləri eşidilir.
Öz növbəsində SANA xəbər agentliyi bəyan edib ki, Suriya hava hücumundan müdafiə qüvvələri düşmənin hücumunu dəf edir.
Mənbə: A Haber













