İndi İsrailin Hizbullahla qarşıdurmasında qırmızı xətləri yoxdur. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.
“Şimal sakinlərinin müharibə məqsədilə öz evlərinə təhlükəsiz qayıtması haqqında bəndi daxil etdikdən sonra İsrail qarşıdurmanın yeni səviyyəsinə keçdi. Artıq keçmiş qırmızı xətlər yoxdur və Hizbullahın və ya sərhədlərimizin şimalındakı hər hansı digər düşmən qüvvələrin hər bir terrorçusu artıq qanuni hədəfdir və o, İsrailə hücumlardan əl çəkməsə, məhv edilə bilər”, – Gendelman bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Livanda peycer partlayışlarının təşkilatçıları Yaxın Şərqdə “yeni böyük müharibə” başlatmağa çalışırlar.
Mənbə: Report