İsrail İranın hücumlarına cavab verəcəkbackend

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər.

Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranın hücumlarına İsrailin reaksiyasına dair qərar qəbul etməyi tapşırıb.

İsrailin yüksək səviyyəli mənbələri “ciddi və güclü reaksiyanın olacağını” bildirirlər.

Öz növbəsində, ABŞ Prezidenti Co Bayden İran hücumlarına cavab hazırlamaq üçün G7 müttəfiqləri ilə məsləhətləşmələr keçirəcək.

Mənbə: İsrailin “Vesti” qəzeti