İsrail İspaniyadakı səfirini geri çağırdı

FILE PHOTO: Israel's Economy Minister Eli Cohen works at his office in the Knesset, the Israeli parliament, in Jerusalem November 22, 2017. REUTERS/Ronen Zvulun

İsrail İspaniya Baş naziri Pedro Sançesin bəyanatlarından sonra öz səfirini Madriddən geri çağırıb.

Bu barədə İsrail xarici işlər naziri Eli Koen “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) paylaşım edib.

Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İspaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

“İspaniya baş nazirinin əsassız ittihamlarının təkrarı olan hədsiz bəyanatlarından sonra mən İsrailin İspaniyadakı səfirinə zəng etdim, ona məsləhətləşmələr üçün Qüdsə qayıtmasını söylədim”, – deyə paylaşımda qeyd edilib.

Mənbə: TASS

Related Post