“Əl-Mayadeen”in verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (İMQ) Livan-Suriya sərhədində helikopterlərdən qoşunları yerə endirməyə cəhd edib.
Kanalın məlumatına görə, üç İsrail helikopteri Brital dağlıq ərazisinə qoşun yeritməyə cəhd edib. Eniş zonasında şiddətli döyüş səsləri eşidilib.
Həmçinin bildirilib ki, eyni vaxtda şiə müqavimət döyüşçüləri Livanın cənubundakı Xiyam yaşayış məntəqəsi yaxınlığında bir qrup İMQ qoşununa pusqu qurublar. Orada da toqquşmalar şiddətlidir.















