Dekabrın 16-da İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və girovların azad edilməsini müzakirə etmək üçün Qətər Əmirliyinin paytaxtı Dohaya gəlib.
Bu barədə “Times of Israel” internet qəzeti məlumatlı mənbəyə istinadən xəbər verir.
Nəşrin həmsöhbətinin sözlərinə görə, nümayəndə heyətinə İsrail Müdafiə Qüvvələri (IDF), Baş Təhlükəsizlik Xidməti (Şin Bet) və kəşfiyyat xidmətinin (Mossad) nümayəndələri daxildir.
Dekabrın 16-da Fələstinin radikal HƏMAS hərəkatı və İsrailin Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarda “görünməmiş irəliləyiş” əldə etdiyi bildirilib.