İsrail ordusu Livandan atılan mərmi qeydə alıbbackend

İsrail Müdafiə Qüvvələri (IDF) Livandan bir mərmi atdığını qeydə alıb.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Qeyd edilir ki, mərmi Hayfa körfəzi ərazisində hava hücumu siqnalının işə düşdüyü an aşkar edilib. Mərmi Livan ərazisindən İsrail yaşayış məntəqələrinə doğru uçub və sonra açıq əraziyə düşüb.

Bundan əvvəl, Hizbullahın PUA-nın İsrailin şimalındakı bazaya endirdiyi zərbə nəticəsində 4 əsgərin yaralandığı məlum olub.

Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan etdi. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə Hizbullah lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.