İsrail ordusu Xan Yunis bölgəsində hərbi əməliyyatlar zonasının genişləndirildiyini açıqlayıbbackend

İsrail Müdafiə Qüvvələri (IDF) Xan Yunisdəki hərbi əməliyyat ərazisini genişləndirir. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.

Onun sözlərinə görə, İsrail qoşunları irəliləməkdə davam edir. İsrail ordusu Xan Yunisdə əməliyyatlar sahəsini genişləndirir, oradakı tunelləri müəyyənləşdirir və yaraqlıları məhv edir. Həcəri etiraf edib ki, Xan Yunisdə döyüşlər mürəkkəbdir, lakin İsrail əsgərləri artıq HƏMAS qruplaşmasının bir neçə tunelini və yeraltı obyektlərini aşkarlayıb, fələstinlilərlə toqquşub və onları məhv ediblər. O qeyd edib ki, İDF yaxın günlərdə Xan Yunisi daha dərindən araşdırmaqda davam edəcək.

Bundan əvvəl baş nazir Benyamin Netanyahu videomüraciətində İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına doğru irəlilədiyini bildirib. Baş nazir qeyd edib ki, onlar Fələstinin HƏMAS radikal hərəkatı üzərində “tam qələbəyə” qədər mübarizə aparacaqlar.

Mənbə: Report