İsrail prezidenti Heydər Əliyevin məzarını ziyarət edibbackend

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, İsrail prezidenti ulu öndərin məzarı önünə əklil qoyub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər güllər düzülüb.