İsrail Qərbin Fələstin dövlətçiliyini tanımasını rədd edibbackend

İsrail Fələstinin dövlətçiliyini tanıyan bir neçə ölkənin birtərəfli bəyanatlarını qəti şəkildə rədd edir.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin sosial şəbəkədə yaydığı rəsmi məlumatda deyilir.

“İsrail Böyük Britaniya və bəzi digər ölkələrin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli bəyanatlarını rədd edir. Bu bəyanatlar sülhə töhfə vermir”, – bəyanatda deyilir.

Nazirlik aydınlaşdırıb ki, İsrail “reallıqdan ayrılmış və uydurma mətnləri” qəbul etməyəcək.