İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Şin Bet Ronen Bar bildirib ki, İsrail Qətər və Türkiyədə Həmas liderlərini məhv etməyə hazırdır. “Report” TASS-a istinadən xəbər verir ki, müvafiq audioyazı İsrailin “Kan” dövlət televiziya və radio şirkəti tərəfindən dərc edilib.
“Küçədə necə deyərlər, bu, HƏMAS-ın aradan qaldırılmasıdır və biz bunu etməkdə qərarlıyıq. Bu, bizim Münhendir”, – deyə rəsmi vurğulayıb.
O, HƏMAS liderlərini sıradan çıxarmaq məqsədini 1972-ci ildə İsrail Olimpiya komandasının 11 üzvünün həlak olması ilə nəticələnən terror aktının təşkilatçılarının məhv edilməsi ilə müqayisə edib. Terror aktına cavab əməliyyatı 20 ilə yaxın davam edib. Terror aktını törədənlər bütün dünyada təqib edilib.
Mənbə: TASS

