İsrail Qəzza zolağında əməliyyatın dayandırılması üçün şərt açıqlanıbbackend

İsrail Müdafiə Qüvvələri (İDF) bütün girovlar azad edilənə qədər Qəzza zolağında əməliyyatı davam etdirəcək. Müvafiq nəşri X sosial şəbəkəsindəki səhifəsində İsrailin xarici işlər naziri İsrael Katz yazıb.

“Biz HƏMAS-ı məhv edəcəyik və oğurlananların sonuncusu evə qayıdana qədər mübarizəmizi davam etdirəcəyik”, o vurğulayıb.

Belə ki, İsrail BMT Təhlükəsizlik Şurasının müsəlmanların müqəddəs Ramazan ayında hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnaməsinə cavab verib.

Mənbə: TASS