İsrail Qəzzada atəşkəs sazişində HƏMAS-ın bütün təkliflərini rədd edibbackend

HƏMAS-ın Qəzza zolağında vəziyyətin nizamlanmasına dair saziş layihəsində təklif etdiyi bütün dəyişikliklər İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən rədd edilib. TASS bu barədə İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelmana istinadən xəbər verir.

Aydın olur ki, HƏMAS ümumilikdə sazişin mətninə 29 dəyişiklik etməyi təklif edib və onların hamısı rədd edilib.

Gendelman İsrailin ABŞ prezidenti Co Baydenin dəstəklədiyi plandan “bir millimetr” kənara çıxmadığını açıqlayıb. İsrail tərəfi layihəyə əlavə şərtlər əlavə etməyib və “Həmas tərəfindən planda hər hansı dəyişikliyə yol verməyəcək”.

Mənbə: TASS