İsrail ordusu quru əməliyyatı başlayandan bəri Qəzza zolağında 240 əsgər itirib. Bu, IDF saytındakı məlumatlardan görünür.
Qeyd olunur ki, İsrail 2023-cü ilin oktyabr ayının sonundan bu yana 240 əsgərini itirib. İsrailin itkilərinin ümumi sayı 579 hərbçidir.
Fevralın 25-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində İDF-nin hərbi əməliyyatı qaçılmazdır, yalnız danışıqlar üçün fasilə mümkündür, lakin əməliyyatın tam ləğvi mümkün deyil.
Mənbə:Lenta.ru