İsrail raket zərbələri barədə xəbərdarlıq sistemlərini Ukraynaya ötürmək istəyirbackend

İsrail Ukraynaya raket və İHA hücumları üçün erkən xəbərdarlıq sistemlərinin ötürülməsi üzərində işləyir. TASS xəbər verir ki, bu məlumatı İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan paylaşıb.

Erdan BMT Baş Assambleyasının iclasında deyib: “İsrail Ukraynanı erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır.

Onun sözlərinə görə, Kiyevə Rusiyanın raket hücumlarından və pilotsuz təyyarələrin hücumlarından qorunmaq üçün onlara ehtiyac var.

Mənbə: TASS