İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqin cənub kənarına zərbələr endirib, respublikanın hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini vurmağa müvəffəq olub.
Bu barədə SANA agentliyi respublikanın hərbi komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
“İsrail Suriyanın Qolan təpələrindən hava təcavüzü həyata keçirib”, – nəşr yazır.
Müdafiə Nazirliyinin məlumatına görə, Suriya Ərəb Respublikasının cənub bölgəsində də bəzi zərbələr endirilib.
“Hava hücumundan müdafiə sistemləri cavab verdi və raketlərin əksəriyyətini vurdu”, – agentliyin həmsöhbəti əlavə edib.
Mənbə: CNN türk