The New York Times (NYT) yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza sövdələşməsinə razılıq verdikdən sonra İsrail özünü Amerikadan asılı vəziyyətə salıb.
Nəşrin qeyd etdiyi kimi, Tramp Netanyahunu sentyabrın 9-da Dohada Həmas-a hücuma görə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tanidən üzr istəməyə məcbur etməklə bir çox israillinin gözündə alçaldıb. Üstəlik, Ağ Ev Trampın telefonu qucağında tutarkən İsrail baş nazirinin yazılı üzr istəməsini telefona oxuduğu iddia edilən fotonu dərc edib.
Oktyabrın 3-də Həmas Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bildirib. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb. ABŞ prezidentinin Qəzza zolağının gələcəyi və Fələstin xalqının qanuni hüquqları ilə bağlı təklifində qeyd olunan digər məsələlər də “hərtərəfli Fələstin milli strukturu çərçivəsində həll olunacaq”.