Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk rusiyalı həmkarı Anatoli Viktorovun tədbirdə iştirakı ilə əlaqədar Qüdsdəki diplomatik mərasimi tərk edib. Lakin İsrail Xarici İşlər Nazirliyinin təşkilatçıları bu addımı görmədiklərini bildiriblər, Ynet xəbər verir.
Portalın məlumatına görə, Korniyçuk Qüdsün Qərb Divarında Hanukka şamının yandırılması mərasimində Viktorovun iştirakı barədə əvvəlcədən xəbərdar edilmədiyi üçün yöndəmsiz vəziyyətə salınmasından hiddətlənib.
“Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Rusiyanın İsraildəki səfirinin olduğunu görərək, İsrailin xarici işlər naziri Gideon Saarın təşkil etdiyi diplomatik tədbiri qəzəblə tərk edib”, – məlumatda deyilir.
Korniyçuk vəziyyətdən narazılığını İsrail Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmilərinə bildirib.














