“Axios” mənbələrə istinadən xəbər verir ki, ABŞ rəsmiləri İranla bağlı danışıqlar üçün İsrail və Səudiyyə Ərəbistanının yüksək rütbəli müdafiə və kəşfiyyat rəsmilərini qəbul edəcəklər.
İsrail rəsmiləri İrandakı potensial hədəflər barədə kəşfiyyat məlumatlarını bölüşmək üçün Vaşinqtona səfər ediblər. Bu arada, Səudiyyə rəsmiləri müharibənin qarşısını almağa çalışır və diplomatik həll yolu axtarırlar.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp əsas Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.















